İngiltərə Federasiya kubokunun finalında “Uotford”u məğlub edərək (6:0), turnirin qalibi olan “Mançester Siti” yeni rekorda imza atıb. Belə ki, "şəhərlilər" bu mövsüm bütün turnirlər daxil olmaqla 50 qələbə qazanıb. Bu, ingilis klubları arasındakı ən yüksək göstəricidir.