Türkiyədə iki ailənin davasında 6 nəfər ölüb

19 May 2019 21:52 (UTC+04:00)

Türkiyənin Qars bölgəsində torpaq sahəsi ilə bağlı iki ailə arasında yaranan davada 6 nəfər ölüb, 5 nəfər yaralanıb. Qətllər avtomat silahla törədilib.

Hadisə Sarıkamış rayonunun Çamyazı kəndində baş verib. Yaralılar Qarsdakı dövlət xəstəxanasına çatdırılıblar. Onlardan birinin vəziyyəti ağırdır. Hadisənin böyüməməsi üçün əraziyə əlavə təhlükəsizlik qüvvələri cəlb olunub.