Sərnişin avtobusu çaya düşüb

19 May 2019 18:08 (UTC+04:00)

Nepalda sərnişin avtobusunun çaya aşması nəticəsində 5 nəfər ölüb, 29 nəfər isə yaralanıb.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, avtobus Dxadinq rayonundakı Trisuli çayına düşüb.

Sərnişinlərdən 4-ü hadisə yerində, bir nəfər isə aldığı xəsarətlərdən xəstəxanada keçinib.

Polis artıq ölənlərdən 3-nün şəxsiyyətini müəyyən edib. Yaralılar hamısı xəstəxanaya yerləşdirilib.