Azərbaycan Kubokunun final matçından əvvəl Tünzalə Ağayevanın konserti olub

19 May 2019 17:25 (UTC+04:00)
Qəbələ" və "Sumqayıt" komandaları arasında keçiriləcək Azərbaycan Kubokunun final matçının startına yarım saat qalmış Naxçıvan Muxtar Respublikası stadionunun tribunalarının yarıdan çoxu dolub. SİA-nın məlumatına görə, Kamran Həsənlinin apardığı tədbiri əməkdar artist Tünzalə Ağayeva öz sevimli mahnılarını səsləndirməklə başlayıb. Komandalar mahnı sədaları altında məşqə çıxıblar. Matçı izləməyə gələnlər arasında AFFA-nın prezidenti Rövnəq Abdullayev, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, Naxçıvan Muxtar Respublikası rəsmiləri də var. Qeyd edək ki, görüş saat 17:00-da başlanacaq.