Arina Averina qızıl medal qazanıb

19 May 2019 17:15 (UTC+04:00)
Rusiyalı gimnast Arina Averina Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Avropa çempionatının halqa ilə hərəkətlərdə qızıl medalını qazanıb. SİA-nın məlumatına görə, A.Averina 22.850 bal toplayıb. İkinci yeri 22.050 bal toplayan Rusiyalı gimnast Aleksandra Soldatova tutub, üçüncü yerdə 21.800 xal toplayan Bolqarıstan nümayəndəsi qərarlaşıb. Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa çempionatının final mərhələsinın yarışları davam edir. Qeyd edək ki, Bakıda 16-19 may tarixlərində keçirilən bədii gimnastika üzrə Avropa Çempionatında fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir. Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.