Suriyaya sutka ərzində 950-dən çox qaçqın qayıdıb

19 May 2019 16:16 (UTC+04:00)
Suriyada ötən sutka ərzində 950-dən çox qaçqın öz evinə qayıdıb. SİA-nın məlumatına görə, bunu Rusiyanın Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzi xəbər verir. Bildirilir ki, ötən sutka ərzində xarici dövlətlərin ərazilərindən Suriya Ərəb Respublikasına 967 qaçqın qayıdıb. Qeyd edək ki, Suriyadakı daimi yaşayış məntəqələrinə dörd suriyalı qayıdıb.