Şamaxıda maşın yoldan çıxaraq aşıb

19 May 2019 11:30 (UTC+04:00)
Şamaxı rayonunda yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, qəza səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 115-ci km.-də, Şamaxının Mərzəndiyə kəndindən keçən hissəsində qeydə alınıb. Yol ilə hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü və bir sərnişin ağır xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.