Şeydayevin komandası “Spartak”a uduzdu

18 May 2019 21:58 (UTC+04:00)

Rusiya Premyer Liqasında 29-cu turun oyunları start götürüb.

SİA-nın məlumatına görə, ilk oyun günündə üç görüş keçirilib.

İlk görüşdə “Ufa” “Orenburq”u qəbul edib və 0:2 hesabı ilə məğlub olub.

Günün ikinci görüşündə “ÇSKA” “Axmat”a 1:0 hesabı ilə qalib gəlib.

Günün son görüşündə isə milli komandamızın hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Krılya Sovetov” doğma meydanda “Spartak”ı qonaq edib. Həmyerlimizin 90 dəqiqə meydanda olduğu görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

“Ufa”-“Orenburq” 0:2

Qollar: Rikardu Alveş, 15 (0:1), Mişkiç, 87 (0:2)

“ÇSKA”-“Axmat” 1:0

Qol: Çalov, 64 (1:0, pen)

“Krılya Sovetov”-“Spartak” 1:2

Qollar: Ze Luiş, 18 (0:1, pen), Melqarexo, 50 (0:2), Burlak, 83 (1:2)

Turun qalan görüşləri sabah keçiriləcək.