“Nəsimi ili” çərçivəsində Ədəbiyyat Muzeyində növbəti tədbir

18 May 2019 13:58 (UTC+04:00)

Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşları, Azərbaycan xalqının qüdrətli söz ustalarından biri olan böyük Nəsiminin 650-illik yubileyi çərçivəsində keçirilən “Nəsimi ili” ilə əlaqədar olaraq, 225 №-li tam orta məktəbin 8c sinif şagirdlərilə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə ekskursiya təşkil etdi.

Şagirdlər muzeydə dahi şairə həsr olunmuş eksponatlarla yaxından tanış olaraq, onları maraqlandıran suallara dolgun cavablar aldılar.

Sonda şagirdlər Azərbaycanın dahi şairləri Nizami, Füzuli, Məshəti Gəncəvi, Natavan və başqa görkəmli şair və yazıçılar haqqında maraqlı məlumatlar əldə etdilər.