Üç ayda içki, tütün və qida məhsulları istehsalı artıb

18 May 2019 13:04 (UTC+04:00)

Əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə cari ilin ilk 4 ayında içki istehsalında 57,1 faiz, qida məhsullarının istehsalında 21,8 faiz, tütün məmulatlarının istehsalında isə 21,1 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən SİA-ya bildirilib ki, bu sahələrin əsas məhsullarından qənd və şəkər tozu istehsalı 5,9 dəfə, cem və marmeladların istehsalı 9,5 faiz, duru bitki yağlarının istehsalı 6,4 faiz, üzlü süd istehsalı 2,8 faiz, araq istehsalı 4 dəfə, alkoqolsuz içkilərin istehsalı 23,3 faiz artıb.