Büdcədən maliyyələşən qurumlar təbii qazdan istifadəni artırıb

18 May 2019 13:00 (UTC+04:00)

Bu ilin birinci rübündə dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 58,6 milyon kubmetr təbii qazdan istifadə olunub. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə büdcə təşkilatları təbii qazdan 11,6 faiz çox istifadə edib.