Əhali 4 ayda 17 milyard manatdan çox gəlir əldə edib

18 May 2019 14:50 (UTC+04:00)

2019-cu ilin yanvar-aprel aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən nominal ifadədə 5,5 faiz artaraq 17 milyard 072,0 milyon manat təşkil edib.

Əhalinin hər nəfərinə düşən gəlirlər 1729,0 manat olub.

Məlumata görə, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 15 milyard 660,9 milyon manatlıq vəsait qalıb.