"Sumqayıt" klubu Naxçıvana yollanıb

18 May 2019 11:53 (UTC+04:00)

Futbol üzrə Azərbaycan kubokunun finalında "Qəbələ" ilə qarşılaşacaq "Sumqayıt" klubu oyunun keçiriləcəyi Naxçıvana yollanıb. SİA-nın məlumatına görə, "gənclik şəhəri" təmsilçisi "Təbriz" otelində məskunlaşıb.

Ayxan Abbasovun yetirmələri sabah Naxçıvan şəhər stadionunda oyun öncəsi son məşqini keçirəcək.

"Sumqayıt" - "Qəbələ" görüşü mayın 19-u, saat 17:00-da baş tutacaq.