Bərdədə və Qazaxda yanğın olub

18 May 2019 09:41 (UTC+04:00)

Qazax rayonu, Kəmərli kəndində ”QAZ" minik avtomobilinin yanar hissələri yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, yaxınlıqdakı elektrik dirəyi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bərdədə yanğın qeydə alınıb.

Rayonun Şatırlı kəndində ümumi sahəsi 35 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.