30 yaşlı qadın üçüncü mərtəbədən yıxılıb

17 May 2019 22:37 (UTC+04:00)

Göygöl rayonunda 30 yaşlı qadın üçüncü mərtəbədən yıxılıb. "Report"un məlumatına görə, hadisə rayonun Qızılca kəndi ərazisində yerləşən dəlixanada baş verib.

Belə ki, həmin müəssisədə müalicə alan 1989-cu il təvəllüdlü A.P. binanın üçüncü mərtəbəsindən yıxılıb. Ağır xəsarət alan qadın xəstəxanaya yerləşdirilib. Qadının intihara cəhd göstərdiyi də ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.