Bakıda avtomobildə silah-sursat aşkarlanıb

17 May 2019 20:32 (UTC+04:00)

Bakıda avtomobildə silah-sursat aşkarlanıb. Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında Ucar rayon sakini P.Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobildə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan “Mİ 1911 Aİ Asak” markalı tapança, 1 ədəd patron darağı, 10 ədəd patron, 2 ədəd bıçaq və 1 ədəd balta aşkar edilərək götürülüb.