Könül Xasıyeva: "Restoranda nəsə verdilər, səsim batdı"

17 May 2019 17:21 (UTC+04:00)

Xalq artisti Könül Xasıyeva 6 il əvvəl başına gələn xoşagəlməz hadisəni danışıb. SİA-nın məlumatına görə, xanəndə verilişlərin birində qonaq olarkən bildirb ki, dərmanla səsini batırmağa çalışıblar: "2013-cü ildə restoranların birinə qonaq dəvət olunmuşdum. Orada mənə nəsə verdilər. Həmin məkanın adını çəkməyəcəm. Yemək yemədim, sadəcə, çay içdim. Gəldim evə səsim dəyişdi. Bir il oxuya bilmədim, səsim batdı".