Vüsalə: "Anam əməliyyat olunacaq" ÖZƏL-FOTO

17 May 2019 14:14 (UTC+04:00)

Aparıcı Vüsalə Kərimovanın anası əməliyyat olunacaq. SİA-ya bu haqda aparıcının özü açıqlama verib: "Uzun müddətdir anamın səhhətində yaranan problemə görə İrana gedirdik. Buna görə, hazırda başım çox qarışıqdır. Bu gün axşam saatlarında Vətəni tərk edəcəyik. Belə ki, anam İranda cərrahiyyə masasına uzanacaq. O, bazar günü əməliyyat olunacaq. İnşAllah ki, anamın əməliyyatı uğurla baş tutar".