Dubay hava limanında təyyarə qəzaya uğrayıb

17 May 2019 00:03 (UTC+04:00)

Dubayın hava limanında kiçik mühərrikli təyyarə qəzaya uğrayıb. Nəticədə təyyarənin göyərtəsindəki 4 nəfərdən ikisi ölüb. Ölənlər "Diamond-43” hava gəmisinin kapitanı və köməkçisi olub. Qəzaya ilkin səbəb kimi texniki nasazlıq göstərilir.