Bakıda gənc oğlan itkin düşüb

16 May 2019 23:05 (UTC+04:00)

Bakıda gənc oğlan itkin düşüb. Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib Sabunçu rayonu, Ə. Bağırov küçəsi ev 7-də qeydiyyatda olan, 1991-ci il təvəllüdlü Kərimov Rəşad Rəsul oğlu mayın 8-də Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 164 ünvanından çıxıb və bir daha geri qayıtmayıb. Faktla bağlı araşdırma aparılır.