Şanxayda bina çökdü 7 ölü

16 May 2019 18:43 (UTC+04:00)

Çinin şərqində yerləşən Şanxay şəhərində binanın çökməsi nəticəsində az 7 nəfər həlak olub. SİA xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə yerli administrasiya məlumat yayıb.

İnsident gündüz saatlarında Çannin rayonunda “Mercedes-Benz” kompaniyasının təmir işləri aparılan diller mərkəzində baş verib. Ümumi sahəsi 3 min kvadratmetr olan binanın təxminən min kvadratmetri çöküb. Hadisə nəticəsində çox sayda insan dağıntıların altında qalıb.

“Yerli vaxtla saat 18:10-a olan məlumata əsasən xilasedicilər 21 nəfəri dağıntıların altından çıxarıb, həkimlərin səylərinə baxmayaraq, onlardan 7-nin həyatını xilas etmək mümkün olmayıb”, - deyə Şanxay hökumətinin mətbuat xidmətinin bəyanatında deyilir.

Dağıntıların altında hələ iki nəfərin qaldığı bildirilir. Xilasetmə işləri davam edir.