DMX Kürdəmirdə əlil vətəndaşlara səyyar xidmət göstərib

16 May 2019 18:13 (UTC+04:00)

Dövlət Miqrasiya Xidmətinin (DMX) Ağsu regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Kürdəmir rayonunun ucqar kəndlərində yaşayan, I qrup əlili olan iki vətəndaşa səyyar xidmət göstərilib. DMX-dən SİA-ya bildiriblər ki, səyyar xidmət zamanı iki nəfərə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi və həmçinin iki nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı müvafiq qərar təqdim olunub.

Eləcə də bir nəfərin vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı müraciəti qəbul olunub.