Çexiya şirkətləri Azərbaycana investisiya qoymaq niyyətindədirlər

16 May 2019 17:15 (UTC+04:00)

Çexiyanın neft emalı zavodlarında emal edilən xam neftin üçdə biri Azərbaycandan idxal edilir. SİA xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan-Çexiya biznes forumunda Çexiyanın Parlament Palatasının sədri Radek Vondraçek bildirib.

Onun sözlərinə görə, Çexiya şirkətləri Azərbaycanda müxtəlif sahələri əhatə edən şirkətlər və birgə müəssisələr yaratmaq niyyətindədir.