Azərbaycanda 26 Çexiya şirkəti fəaliyyət göstərir

16 May 2019 17:10 (UTC+04:00)

Hal-hazırda Azərbaycanda 26 Çexiya şirkəti fəaliyyət göstərir. SİA xəbər verir ki, bu barədə mayın 15-də Bakıda keçirilən Azərbaycan-Çexiya biznes forumunda iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

Nazir müavini qeyd edib ki, bu vaxta qədər Çexiya Azərbaycana 33,5 milyon dollar, Azərbaycan isə bu ölkəyə 50 milyon dollaradək investisiya yatırıb.