Teyyub Qənioğlu: “Bu çox yanlış mövqedir” RƏY-ÖZƏL

16 May 2019 16:40 (UTC+04:00)

“Brüsseldə 3-4 nəfərin aksiya keçirtməyə cəhd etmələrini düzgün hesab etmirəm”. Bunu SİA-ya açıqlamasında Təkamül partiyasının sədri Teyyub Qənioğlu deyib. Onun sözlərinə görə, müxalifət iqtidara qarşı müəyyən mübarizə apara bilər, amma bu mübarizənin sivil yolları olmalıdır: “Əgər sənin mübarizən ölkənin imicinə xələl gətirəcəksə, bunu etməyə ehtiyac yoxdur və bu çox yanlış mövqedir. Yəni xaricdə oturub öz ölkə rəhbərinə qarşı bu cür xoşagəlməz aksiyaların keçirilməsinə cəhd etmələri kökündən yanlışdır. Onların bu cür xoşagəlməz hərəkətləri ölkəmizi nüfuzuna xələl gətirir. Qətiyyətlə deyə bilərəm ki, “siyasi mühacir”ləri bu cür hərəkətləri yolverilməzdir. Çünki Azərbaycanı istəməyən və ölkəmizə qarşı məkrli qüvvələr var. Həmin məkrli xarici qüvvələr də Azərbaycanı nüfuzdan salmaq istəyirlər. Belə olan halda isə bu qüvvələrin gözü qarşısında 3-4 nəfər şəxsin bu cür xoşagəlməz hərəkətlər etməsi düzgün deyil”.
GÜLYANƏ