Əli Orucov: ““Siyasi mühacir”lər qınaq və tənqid hədəfinə tuş gəliblər ” RƏY-ÖZƏL

16 May 2019 16:38 (UTC+04:00)

“Mən Prezident İlham Əliyevin Brüsselə səfəri zamanı bir qrup azərbaycanlı mühacirlərin etiraz aksiyası keçirməyə cəhd etmələrini düzgün hesab etmirəm”. Bunu SİA-ya açıqlamasında AMİP funksioneri Əli Orucov deyib. Onun sözlərinə görə, Ermənilərin və digər millətlərin nümayəndələrinin gözü önün də bu cür etiraz aksiyası keçirmək yolverilməzdir: “Unutmaq olmaz ki, Cənab İlham Əliyev Azərbaycan dövlətini təmsil edir və dövlətimizin başçısıdır. Aksiya keçirməyə cəhd etmək məhz düşmənlərimizin maraqlarına xidmət edən addımdır ki, biz bunu qətiyyətlə pisləyirik. Mübarizə sivil yollarala, etik çərçivədə aparılmalıdır. Hesab etmirəm ki, bir qrup mühacir azərbaycanlının atdığı bu xoşagəlməz addımlarından hansısa divident qazanmış olsunlar. Əksinə “siyasi mühacir”lər qınaq və tənqid hədəfinə tuş gəldilər. Çalışmaq lazımdır düşmənçiliyə, nifrətə yer olmasın”.

GÜLYANƏ