Bu gün Bakıda bədii gimnastika üzrə AÇ-yə start veriləcək

16 May 2019 14:28 (UTC+04:00)

Bu gün Bakıda 4-cü dəfə (2007-ci, 2009-cu, 2014-cü, 2019-cu il) bədii gimnastika üzrə Avropa çempionatına start veriləcək. SİA-nın məlumatına görə, dörd gün davam edəcək çempionatın fərdi proqramında böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edəcəklər.

Yarışın ilk gününə gənclərdən ibarət qrup hərəkətləri komandalarının çıxışları ilə start veriləcək. Ertəsi gün yalnız böyük gimnastlar xalça üzərində öz güclərini sınayacaqlar. Otuz beşinci Avropa çempionatın üçüncü günündə komanda hesabında (böyük gimnastlar və gənc komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları açıqlanacaq. Turnirin sonuncu günündə isə ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastları müəyyənləşəcək.

Qeyd edək ki, çempionatda 35 ölkədən gimnastların iştirakı gözlənilir.