PSJ Buffona yeni müqavilə təklif edib

16 May 2019 11:28 (UTC+04:00)

PSJ qapıçısı Canluici Buffona yeni müqavilə təklif edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə qolkiperin özü məlumat verib. 41 yaşlı əlcək sahibi yaxın günlərdə klub rəhbərliyi ilə görüşəcəyini və təklifi müzakirə edəcəklərini bildirib.

Qeyd edək ki, qocalmaq bilməyən Buffon ötən ildən PSJ-nin "çərçivə”sini qoruyur.