Xəzər dənizində zəlzələ baş verib

16 May 2019 08:42 (UTC+04:00)

Bu gün Xəzər dənizində 3,04 bal gücündə zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya bildiriblər ki, yeraltı təkanlar yerli vaxtla saat 05:23-də qeydə alınıb.

Ocağı 60 kilometr dərinlikdə olan zəlzələ hiss edilməyib.