Rusiya kubokunun finalçıları müəyyənləşib

16 May 2019 00:45 (UTC+04:00)

Rusiya kubokunun finalçıları müəyyənləşib.

SİA-nın məlumatına görə, mayın 22-də Samara şəhər stadionunda keçiriləcək həlledici matçda “Lokomotiv” və “Ural” üz-üzə gələcək.

Yarımfinal mərhələsinin cavab görüşündə “Rostov” öz meydanında “Lokomotiv”ə 0:2 hesabı ilə məğlub olub.

Digər görüşdə isə “Ural” səfərdə “Arsenal Tula” ilə 2:2 hesablı heç-heçəyə nail olmaqla adını finala yazdırıb.

“Arsenal Tula”-“Ural” 2:2

Qollar: Bikvalfi, 1 (0:1), El-Kabir, 24 (0:2), Aroyan, 58 (avtoqol, 1:2), Mirzov, 67 (2:2)

İlk oyun – 0:1

“Rostov” – “Lokomotiv” 0:2

Qollar: Cemaletdinov, 45 (0:1), Smolov, 62 (0:2)

İlk oyun - 2:2