"Hizbullah"ın 4 üzvü ömürlük azadlıqdan məhrum edilib

16 May 2019 00:18 (UTC+04:00)

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ali Federal Məhkəməsi ölkə ərazisində terror həyata keçirməyə cəhd ittihamı ilə 4 ərəbi ömürlük həbs cəzasına məhkum edib.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, məhkum olunan şəxslərə Livanın “Hizbullah” hərəkatının terror “özəyi”ni yaratmaq, BƏƏ ərazisində infrastruktura və mühüm obyektlərə qarşı terror həyata keçirmək, həmçinin uzaqdan idarə olunan partlayıcılara sahib olmaq ittihamı irəli sürülüb.

Verilən məlumata görə, daha 2 nəfər ərəb mənşəli şəxs terror hadisələrinin həyata keçirməkdə iştirak maddəsilə 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Prokurorluq , həmçinin “özək” üzvlərini liman və aeroportların məxfi fotoşəkillərini çəkərək gələcəkdə “Hizbullah” təşkilatına və İrana ötürməyə cəhd ittihamı irəli sürülüb.