Antuan Qrizmannın müştəriləri artır...

16 May 2019 00:32 (UTC+04:00)

Mövsümün sonunda “Atletiko”dan ayrılacağı dəqiqləşən Antuan Qrizmannın müştəriləri artır. “Le Parisien” nəşrinin yazdığına görə, “Barselona”ya keçidi gündəmdə olan fransalı hücumçu ilə PSJ də yaxından maraqlanır. Hətta Fransa klubunun 28 yaşlı oyunçunu Kataloniya təmsilçisindən "oğurlamağa"a çalışdığı iddia olunur.
Qeyd edək ki, Qrizmann artıq “Barselona” ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Kataloniyalılar ulduz futbolçu üçün “Atletiko”ya 120 milyon avro təzminat ödəyəcək.