"Son illər sevgi şeiri yazmıram” - AÇIQLAMA

15 May 2019 18:07 (UTC+04:00)

“Son illər sevgi şeiri yazmıram. Cavanlıqda yazdığım şeirlərin çoxu hələ indi çap olunur”. SİA-nın məlumatına görə bu sözləri şair Ramiz Rövşən bu gün keçirilən imza günündə bildirib. O, deyib ki, mən sevgidən yazdığım insanı yaxınımda, evimdə hiss edirəm: “Ancaq mənim “ilham pərim” ildə bir- iki dəfə Türkiyədən gəlir. O, nəvəm Selcandır”.