"Sabah" 5 futbolçusu ilə yollarını ayırıb

15 May 2019 14:56 (UTC+04:00)

“Sabah" futbol klubu 5 futbolçusu ilə yollarını ayırıb. SİA-nın məlumatına görə, Vanderson Silva, Tərlan Əhmədli, Bəxtiyar Soltanov, Novruz Məmmədov və Tərzin Cahangirov komandadan göndərilib. Futbolçuların başa çatan müqavilələri yenilənməyib.

Qeyd edək ki, Premyer Liqamızın debütantı mövsümü 7-ci pillədə başa vurub.