"Cenua" satışa çıxarılıb

15 May 2019 12:48 (UTC+04:00)

Futbol üzrə İtaliya A Seriyası klublarından "Cenua" satışa çıxarılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə klub prezidenti Enriko Presiozi rəsmi açıqlama verib.

Bildirilib ki, satışla maliyyə firması məşğul olacaq.

Başa çatmaqda olan A seriyasının cari mövsümündə "Cenua" hazırda 17-ci pillədə qərarlaşıb. Onu düşmə zonasından sadəcə 1 xal ayırır.

Qeyd edək ki, Presiozi 2003-cü ildən "Cenua"nın sahibidir.