Trampın korteji qəzaya düşüb

15 May 2019 12:36 (UTC+04:00)

ABŞ Prezidentinin kortejində olan üç motosiklet Luiziana ştatında qəzaya düşüb. SİA Bloomberq agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumatı və fotoşəkilləri dövlət başçısını səfərdə müşayiət edən jurnalist Cennifer Ceykobs özünün Twitter səhifəsində yerləşdirib.

Məlumatda bildirilib ki, Vaşinqtona uçmaq üçün Luiziana aeroportuna gedən Prezident Donald Trampın zirehli avtomobili qəzaya düşməsə də, kortejdə olan bir neçə zabit bədən xəsarətləri alıb. Onları yaxınlıqdakı xəstəxanaya çatdırıblar və sağlamlıq vəziyyətlərinin sabit olduğu bildirilir.