Ermənistan ordusunda daha bir əsgər ölümü!

14 May 2019 22:22 (UTC+04:00)

Ermənistan ordusunda daha bir əsgər ölümü baş verib. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Hovhannisyan öz Feysbuk səhifəsində yazıb. Bildirilir ki, 1999-cu il təvəllüdlü Ararat Xaçumyan bu gün orduda baş vermiş hadisə nəticəsində ölüb. Hadisənin hansı səbəbdən baş verdiyi açıqlanmır.