Kərim atasının ölümündən sonra indi də soyundu FOTOLAR

14 May 2019 16:40 (UTC+04:00)

Bir neçə gün bundan öncə atasını itirən müğənni Kərim Abbasov "İnstagram" səhifəsində heç kimin gözləmədiyi paylaşım edib. SİA-nın məlumatına görə, sənətçi çimərlikdə şəkillər çəkdirərək sosial şəbəkədə paylaşıb. Fotoların bəzilərində isə Kərim koftasını soyunaraq, yarıçılpaq poz verib.

Müğənni həmin fotolara bu sözləri yazıb: "Havadan məsti-xumar oldum. Allah tutulan orucları qəbul etsin. Bizimkilər də onun içində".

Qeyd edək ki, atası dünyasını dəyişdikdən 2 gün sonra dəvətə qatılan Kərimin mahnı oxuyarkən videosu yayılmışdı. Sənətçi onu tənqid edənlərə belə cavab vermişdi: "Atamın yasına gələnlərin qarşısına çıxmalı, ailəmi dolandırmalıyam".

Həmin fotoları təqdim edirik: