“Kazan” beynəlxalq aeroportunda bomba həyəcanı

14 May 2019 01:09 (UTC+04:00)

Təyyarələrin birində bomba olması şübhəsi ilə “Kazan” beynəlxalq aerportunun sərnişinlər və şəxsi heyəti evakuasiya olunublar.

SİA-nın Rusiya kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, bu barədə aeroportun mətbuat katibi Adel Qataullin məlumat verib.

Qataullinin sözlərinə görə, gecəyə yaxın hava gəmilərindən birinin komandirindən təyyarənin göyərtəsində partlayıcı qurğunun olması barədə məlumat daxil olub. Nəqliyyatda təhlükəsizlik planına görə, aeroportdakı sərnişinlər və şəxsi heyət dərhal evakuasiya olunublar.

Polisin kinoloji xidməti tərəfindən müəyyən yoxlamalar aparıldıqdan sonra aeroport az əvvəl öz işini bərpa edib.