Yasamalda ev yanıb

14 May 2019 01:03 (UTC+04:00)

Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 200 m² olan birmərtəbəli 11 otaqlı evin 2 otağının və mətbəxinin yanar konstruksiyaları 43 m² sahədə yanıb. Trend-in məlumatına görə, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.