Amerikada təqaüdlü hüquq təhsili!

13 May 2019 15:49 (UTC+04:00)

Çikaqo-Kent Hüquq Kolleci Tbilisi, Gürcüstan və Çikaqo, IL,ABŞ ilə birgə zəmanətli 75 % və 100%- lik təqaüdlü Magistratura (LL.M) Proqramını elan edir. Amerikada yerləşən hüquq məktəbi - Çikaqo-Kent Hüquq Kolleci Amerika Hüquq Məktəbi ilə birlikdə azərbaycanlı hüquqşünaslar üçün 100% və 75%-lik təhsil təqaüdlü iki əlaqəli proqram elan edir:

Tbilisi, Gürcüstan Respublikası Amerika Hüquq Məktəbinin Proqramı və ABŞ, İllinoys, Çikaqoda Çikaqo-Kent Hüquq Kollecində tədris edilən bir-semestrlik LL.M dərəcəsi proqramı SAL proqramı Tbilisi,

Gürcüstanda iki semestri ehatə edir: Sentyabr-Dekabr (birinci semestr) və Yanvar – May (ikinci semestr).

İki semestrdən ibarət olan proqram ingilis dilində tədris olunan on icbari fəndən ibarətdir və yalnız ABŞ-dan gəlmiş, Çikaqo-Kent Kollecinin professorları tərəfindən tədris olunur: Beynəlxalq Biznes Əməliyyatları, E-ticarət, Onlayn Şəkildə Müqavilə Bağlanması, Antiinhisar Hüququ, Əqli Mülkiyyətin İdarəedilməsi, Əqli Mülkiyyət Hüququ, Qiymətli Kağızlar Hüququ, Qlobal Əqli Mülkiyyət Hüququ, Əmtəə Nişanı Hüququ, Müqayisəli Hüquq, Amerika Hüquq Sistemlərinə Giriş və Hüquqi Yazı. Hüquq fənlərinin dəqiq başlıqları və proqramı dəyişdirilə bilər.

Dərs rejimi yalnız həftə sonlarını əhatə etməklə, gün boyu, yəni səhər saat 10-dan başlayaraq, axşam saat 5-ə qədər davam edən mühazirələrdən ibarət bir fəndən ibarətdir. Bundan əlavə tələbələrdən dərsdən əvvəl və sonra oxular, imtahan təqdimatları tələb olunacaqdır. İşdən və ailədən ayrı,Chicago-Kent professorlarının və kolleqaların əhatəsində dərs otaqlarında əlavə bir həftə keçirmək istəyən tələbələr Tbilisiyə (Gürcüstan) bütün 10 məcburi dərslərdə ayda bir dəfə iştirak üçün dəvət olunurlar. Belə ki, SAL Proqramı müxtəlif olmaqla 5 intensiv kurs şəklində Tbilisi şəhərində və digər 5 fənn isə onlayn formada standart olaraq tədris ediləcəkdir. İlk 5 kurs Tbilisi şəhərində ayda bir dəfə olmaqla standart dərs formasında tədris edilməklə dərslərdə canlı iştirak etmək hüququna malik olacaqlar və digər 5 dərs hansılar ki, onlayn tədris ediləcəkdir o dərslərdə internet vasitəsilə iştirak edəcəklər.

Onlayn şəkildə tədris olacaq fənlərin siyahısı SAL Proqramının nümayəndələri tərəfindən müəyyənləşdiriləcək. İki semestrlik proqramı bitirdikdən sonra məzunlar ABŞ, İllinoys, Çikaqo-Kent-də LL.M təhsillərini davam etdirə bilərlər. İki semestrlik proqram müddətində əldə edilən kreditlər Çikaqo-Kent Hüquq Kollecində tam şəkildə tanınır. Bu səbəbdən, Çikaqo-Kent-də magistr təhsili "ABŞ, Beynəlxalq və Transmilli Hüquq" üzrə LL.M alınması ilə bir illik təhsil ili əvəzinə bir semestrdə (bir semestr beş aydır) başa çatır. Bu SAL məzunları üçün 5 semestri əhatə edən qanuni akademik müddətdir. Çikaqoda bir tam semestrlik SAL sertifikatına sahib olan məzunlar təhsillərini davam etdirmək (doktorantura) və professional (vəkillik imtahanı) nailiyyət əldə etmək üçün əlavə bir semestr seçə bilərlər.Proqramı bitirmiş tələbələr əldə edəcəklər:

1. SAL Proqramını Tbilisi, Gürcüstanda müvəffəqiyyətlə bitirmiş tələbələr – Amerikan Hüquq Məktəbinin sertifikatı ilə təltif olunacaqdır və sertifikat Amerika Hüquq Məktəbinin və Chicago Kent Hüquq məktəbinin birgə nümayəndələrinin, Chicago Kent Hüquq məktəbinin dekanı və Chicago Kent Hüquq Məktəbinin müəllimi, Chicago Kent Hüquq Məktəbinin rəhbərinin iştirakı ilə imzalanaraq təqdim ediləcəkdir.

2. Chicago-Kent Hüquq Məktəbini bitirdikdən sonra - “ABŞ, Beynəlxalq və Transmilli Hüquq” üzrə Chicago-Kent Hüquq Məktəbindən LL.M diplomu Baş ofisi Gürcüstan, Tbilisidə yerləşən Qafqaz üçün Amerika Hüquq Məktəbi Çikaqo-Kent Hüquq Kolleci ilə birlikdə təhsilin yayılması missiyasına, Amerika hüquqi araşdırmalarının təbliğinə və inkişaf etməkdə olan ölkələrin hüquqşünasları üçün hüquqi təhsilə bərabər çıxışı təmin etməyə dəstək olmaq məqsədi ilə 2012-ci il tarixində təsis edilmişdir. Qafqaz üçün Amerika Hüquq Məktəbi 2015-cı ildə və yalnız 3 dəfə üçün azərbaycanlı tələbələr üçün qeydiyyatın aparılması şərtilə Ölkə üzrə Ortaq olan cənab Gündüz Kərimovla birlikdə Azərbaycan, Bakıda fəaliyyətə başlamışdır və bu əməkdaşlıq nəticəsində artıq 30-a yaxın tələbə Amerika Hüquq məktəbini bitirmşdir. Eyni zamanda, SAL Proqramı artıq Gürcüstan, Azərbaycan, Yunanıstan, Kipr, İtalya, Bolqarıstan, Şimali Makedoniya Respublikası və Albaniyadan olan 550-dən çox tələbəyə təhsil vermişdir.

Vurğulamaqdan çox qürur duyuruq ki, SAL proqramının məzunlarından 57-si azərbaycanlı hüquqşünaslardır. Proqramın üstünlükləri Tbilisidə fəaliyyətə başlayan qarışıq struktura malik proqramdan canlı, interaktiv, üzbəüz olan dərslərə cari iş yerini tərk etmədən qatılaraq faydalanmaq mümkündür. Tbilisidə fəaliyyətə başlayan qarışıq struktura malik proqram 5 intensiv kurslardan və 5 onlayn kurslarından ibarət olmaqla internet vasitəsilə tədris ediləcəkdir. SAL proqramını bitirən, SAL və LL.M proqramlarına müraciətlər üçün əlavə olaraq TOEFL sertifikatının tələb olunmaması;

İki semestrlik Amerika Hüquq Məktəbini bitirdikdən sonra Çikaqo-Kent LL.M proqramına güzəştli və dərhal qəbul olunmaq;

Amerika Hüquq Proqramını bitirdikdən sonra məzun Çikaqo-Kent-də "ABŞ, Beynəlxalq və Transmilli Hüquq" üzrə bir təhsil ili əvəzinə bir semestr müddətində LL.M dərəcəsi ala bilər;

Kifayət qədər olan 100% və 75%-lik təhsil haqqı təqaüdləri;

Çikaqo-Kentdə birinci semestri bitirdikdən sonra tələbələr təhsillərini fakultativ olan ikinci semesterdə də davam etdirə bilərlər və ən çox tələb olunan istiqamətlər üzrə LL.M dərəcəsini qazana bilərlər: 75%-lik təqaüd təminatı ilə Məhkəmə vəkilliyi sahəsində LL.M, Beynəlxalq Əqli Mülkiyyət hüququ sahəsində LLM, Maliyyə Xidməti hüququ sahəsində LL.M; Magistr dərəcəsi almış tələbələrin 75%-lik təqaüdlə Doktoranturaya qəbul olmaq imkanı; Münasib təhsil haqqını iki və daha çox dəfəyə ödəmək imkanı;

ABŞ ərazisində kampusdaxili və ya kampusdankənar iş imkanları; ABŞ ərazisində təcrübə proqramları Dünyanın ən yaxşı məkanında, dünya səviyyəli şəhərdə yaşayış imkanı. İşgüzar mərkəzdə yerləşən Chicago-Kent Chikaqo şəhərinin - dünyanın ən öndə gələn hüquq və maliyyə bazarlarının olduğu yerin tam mərkəzində yerləşir; Güclü peşəkar şəbəkənin inkişafı, bütün ABŞ-ı əhatə edən fərqli mütəxəssislər cəmiyyəti ilə əlaqələrin stimullaşdırılması; Namizədin karyerası üzərində proqramın təsiri Ötən illər ərzində Chicago Kent LLM proqramını bitirənlər məzun olduqdan sonra ABŞ Vəkillər imtahanını keçərək və OPT-ə müraciət edərək karyeralarını qurmağa davam etmişlər. Digərləri isə daha yaxşı beynəlxalq, Avropa və ABŞ hüquqşünasları ilə, hüquq firmaları və dövlət agentlikləri ilə daha da mükəmməl ABŞ hüquq sisteminə yiyələnərək işləmək üçün üstün tutduqları ölkəyə qayıtmışlar. Hər bir halda, Chicago Kent SAL proqramı vasitəsi ilə əldə edilmiş biliklər və qurulmuş əlaqələr şəxsi və peşəkar şəkildə çox böyük dəyər qazanmaqda davam edir. Təhsil haqqı və təqaüd: SAL Proqramı üçün Azərbaycanda tələb olunan təhsil haqqı 6800 ABŞ Dolları təşkil edir və təhsil haqqı bir neçə dəfəyə ödənilə bilər. May ayının 31-dən əvvəl erkən qeydiyyat edən tələbələr 5% endirimdən faydalana bilərlər ( 6400 USD).Çikaqo-Kent Hüquq Kollecində magistr proqramı üçün təhsil haqqının 44,000 ABŞ Dolları olmasına baxmayaraq, Amerika Hüququ Proqramı Məktəbinin məzunları üçün həmin məbləğ 10,000 ABŞ Dollarıdır; 2019-cu il tədris ili üçün müraciət edən tələbələrə 100%-lik təqaüd təqdim edilir. 100 %-lik təqaüd əldə etmək üçün Amerika Hüquq Məktəbində verdiyin imtahan nəticələrinə uyğun olaraq orta qiymət balı ən aşağı 3.8 olmalıdır. Çikaqo-Kent Hüquq Kollecinin dekanı və Dünya üzrə Amerika Hüquq Məktəbinin rəhbəri 100%-lik təqaüd əldə etmək imkanı olanların müraciətlərinə baxaraq ən layiqli namizədi seçəcəklər. Fakultativ olan Çikaqo-Kentdəki ikinci semestr üçün isə təhsil haqqı 22,000 ABŞ Dolları əvəzinə 7,250 Dollar təşkil edir. Namizədlər aşağıdakı şəxslər ola bilər: Hüquq üzrə bakalavr dərəcəsinə malik olan namizədlər və hüquq təhsilinin son ilində olan tələbələr müraciət edə bilərlər: müraciətçilər bakalavr və master dərəcələri ərzində yaxşı qiymətlərə və ya uyğun iş təcrübəsinə sahib olmalıdır( hüquqşünaslıq ixtisası üzrə təhsil almayan bakalavrlar və ya bakalavr dərəcəsinə uyğun təhsil pilləsini bitirmiş və ya təhsilinin son ilində olan tələbələr də müraciət edə bilər) Erkən qeydiyyat tarixi 31 Maydır; Əgər hələ də boş yerlər mövcuddursa son müraciət tarixi 30 İyuna qədər uzadıla bilər. Təqdim edilən sənədlər: bütün müraciət edən şəxslər aşağıdakı sənədləri elektron formada təqdim etməlidirlər: Tövsiyə edən şəxs haqqında əlaqə məlumatlarını göstərmək şərti ilə olan İngilis dilində CV; Bir ədəd Azərbaycan dilindən İngilis dilinə tərcümə edilmiş və ya İngilis dilində tövsiyə verən şəxsin əlaqə nömrələri qeyd edilməklə tövsisyə məktubu; Şəxsiyyəti təsdiq edən sənəd və/və ya pasportun surəti; Diplomun və ya Bakalavr tələbələri üçün universitet arayışının elektron surəti/surətləri. Sənədlər bu ünvanlara göndərilməlidir: admission@chicagokentlaw.ge, r.warner@chicagokentlaw.ge, k.jeladze@chicagokentlaw.ge, m.meskhi@chicagokentlaw.geMəşğulluq Məsələləri: İki semestri bitirdikdən sonra magistratura məzununun kampusdan kənar işləmək hüququ yaranır. Kampusdan kənar bütün işlər üçün iş icazəsi tələb olunur. İş icazəsi ödənişli təcrübi hazırlıq məqsədləri üçün ABŞ miqrasiya orqanı tərəfindən verilə bilər. Ümumiyyətlə, F1 vizasına malik məzunlar iki semestrlik təhsillərinin bitdiyi vaxtdan hesablanan 12 aylıq Könüllü Təcrübi Hazırlıq üçün müraciət edə bilərlər. Bu halda F1 vizasına malik və dərəcəsini 9 aydan çox müddət ərzində əldə etmiş məzuna Birləşmiş Ştatların Vətəndaşlıq və Miqrasiya Xidmətləri tərəfindən tələbə vizası ilə və İş üçün İcazə Kartı əsasında təhsillərinə əlavə formasında təcrübi hazırlıq keçmək üçün bir illik işləmək hüququ verilir. Vəkillik imtahanı: Vəkillik imtahanı ölkə səviyyəsində fevral və iyul aylarında keçirilir. Vəkilliyə qəbul şərtləri ştatdan ştata dəyişdiyinə görə tələbələrə daha dəqiq məlumat əldə edilməsi üçün öz ştatlarının vəkillik qurumunun rəsmi internet səhifəsinə daxil olmaq tövsiyə edilir. Müxtəlif imtahanlar barədə məlumat və dövlət vəkillik qurumlarının rəsmi internet səhifələrinə keçidlər əldə etmək üçün məzunlara Vəkillik İmtahanları Təşkilatçılarının Milli Konfransının rəsmi internet səhifəsinə daxil olmaq tövsiyə olunur.

Universitet Çikaqo - Kent Hüquq Kolleci

İllinoys Ştatında ikinci ən qədim hüquq məktəbidir. Çikaqo-Kent Kolleci 1936-cı ildə Amerika Hüquqşünaslar Assosiasiyası və 1951- ci ildə Amerika Hüquq Məktəblərinin Assosiasiyası tərəfindən akkreditasiya əldə etmişdir. 2016 - 2017-ci illərdə "US News & World Reports" Çikaqo-Kent Kollecinin Amerika hüquq məktəbləri arasında ən çox tələb olunan və tanınmış proqramları arasında aşağıdakıları göstərmişdir:

Vəkillik peşəsi - 4-cü yer, “Əqli mülkiyyət hüququ” üzrə 9-cu yer, Hüquqi Yazı üzrə 17-ci yer "US News & World Reports"-nın verdiyi məlumata əsasən, Çikaqo-Kent Kollecinin məzunlarının işə qəbul səviyyəsi 9 ay ərzində 66.2% və 90.7% arasında olmuşdur.

Faydalı mənbələr:Amerika Hüquq Məktəbi: www.salchicagokent.com Çikaqo-Kent Hüquq Kolleci: www.kentlaw.iit.eduBusiness Facebook Page:

http://www.kentlaw.iit.edu/caucasusSAL Proqramı Çikaqo-Kent Universitetində:

http://www.kentlaw.iit.edu/academics/llm‐programs/special‐llm‐and‐ overseastraining/school‐of‐american‐law‐caucasus Hüquq Məktəbini Mötəbər Edən Nədir: Çikaqo-Kent-ə Daxildən Baxış http://youtu.be/pKu1V5UTjUQ

Əlavə məlumat üçün SAL Proqramın Azərbaycan üzrə rəsmi təmsilçisi ilə əlaqə saxlaya bilərsiniz: Rövşən Bağırov, Vision Acaddemy Xaricdə Təhsil Ofisinin rəhbəri rbagiroff@gmail.com, bagirovr@visionacademy.az Zahid Xəlilov 25A, Tel: +994 50 254 9292