Ermənistanda yüksək çinli məmur həbs olundu

10 May 2019 13:59 (UTC+04:00)

Ermənistan Qida Təhlükəsizliyi Xidmətinin Veterinar Müfəttişliyinin rəisi saxlanılıb. SİA Ermənistan KİV-nə istinadən xəbər verir ki, məmur rüşvət alan zaman yaxalanıb.

Əməliyyatı Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları həyata keçirib.