İlham Əliyev və Mehriban Əliyeva Ulu öndərin doğum gününə həsr olunan ağacəkmə aksiyasında iştirak ediblər

10 May 2019 11:25 (UTC+04:00)

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Aeroportu avtomobil yolunun 28-ci kilometrliyində salınan yaşıllıq sahəsində Ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə kampaniyasında iştirak ediblər.