Mərkəzi Bank 150 milyon manat cəlb edir

10 May 2019 11:30 (UTC+04:00)

Mayın 13-də Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

SİA bankın məlumatına istinadən xəbər verir ki, hibrid hərracda 150 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 6,76-8,74 faiz təşkil edir.