PKK terror təşkilatının 6 üzvü məhv edildi

10 May 2019 08:58 (UTC+04:00)

Türkiyənin təhlükəsizlik qüvvələri mayın 9-da ölkənin Tuncəli vilayətində uğurlu antiterror əməliyyatı keçirib. SİA rəsmi mənbələrə istinadla xəbər verir ki, əməliyyat nəticəsində PKK terror təşkilatının 6 üzvü zərərsizləşdirilib. Atışma zamanı iki polis əməkdaşı yüngül yaralanıb. Əməliyyatların davam etdiyi bildirilir.