Narkomaniya bahalı bəladir

2 May 2019 15:40 (UTC+04:00)

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) TEC-nin təşkilatçılığı ilə ali təhsil müəssisəsində “Narkomaniya bahalı bəladır”mövzusunda maarifləndirici tədbir olub.

“Narkomaniya 21-ci əsrin ən böyük bəlalarından hesab olunur” fikrini xüsusi vurğulayan universitetin "Xidmət mühəndisliyi" fakültəsinin dekanı, dos.Kənan Allahverdiyev diqqətə çatdırıb ki, ölkəmizdə də bu bəlaya düçar olanların sayında artım var. Narkotizm tədricən yayılan neqativ sosial bəladır.Məhz narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə Ümummilli lider Heydər Əliyevin “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli Fərmanı ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılıb Qurumun başlıca vəzifəsi narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin həyati əhəmiyyətini təmin etməkdən, dövlət orqanlarının və ictimai birliklərin fəaliyyətini əlaqələndirməkdən ibarətdir. K.Allahverdiyev bu sahəyə dair Azərbaycan Respublikasının prezidenti tərəfindən 36 Qanun 13 Fərman, 53 Sərəncam imzalandığını, müvafiq olaraq Nazirlər Kabinetinin 23 qərar və 5 sərəncam verdiyini dedi.

“Narkomaniya bahalı bəladır” mövzusuna həsr olunan tədbirdə "KİM" Şirkətlər Qrupunun direktoru David Poladovun“Səxsiyyətin sosiallaşmasında narkomaniya amilinin mənfi obrazı”, Gənclərin Sağlamlıq Mərkəzinin direktoru Kənan Hacıyevin “Narkomaniya nəticəsində çətin həyat şəraitinə düşmüş şəxslərin reabilitasiyası və adaptasiyası” adlı təqdimat-çıxışları maraqla qarşılandı. ATMU Tələbə Elmi Cəmiyyətinin sədri Rüfət Malik Əjdərli,tələbə Fərrux Ələkbərzadə sosial bəlaya qarşı mübarizədə ən böyük silah-təhsilin, geniş mütailənin,elmi-mədəni-tədbirlərin, o cümlədən idmanın əhəmiyyəti barədə düşüncələrini bölüşdülər. Tədbir geniş fikir mübadiləsi şəraitində başa çatıb