Bu gündən tibb müəssisələrində vətəndaşların qəbulu başlayır

29 Aprel 2019 09:49 (UTC+04:00)

Bu gündən Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndələri 1 saylı Kliniki Tibbi Mərkəzdə, 3 saylı şəhər Klinik Xəstəxanasında, Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində vətəndaşların qəbuluna başlayır.

Bu barədə SİA-ya Səhiyyə Nazirliyindən məlumat verilib.

Qəbul zamanı səlahiyyətli nümayəndələr vətəndaşların problemlərini dinləyib, onları yerində həll edəcəklər.