Serenayla Keremin ayrılmaqlarının pərdəarxası FOTOLAR

26 Aprel 2019 16:38 (UTC+04:00)

Deyilənlərə görə, üç ildən çox sevgili olan məşhur cütlük Serenay Sarıkaya və Kerem Bürsin münasibətlərinə son qoyublar. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, onların müqavilə əsasında sevgili olduqları deyilir.

"Serenay ilə Kerem 3 illik müqavilə imzalamışdı. Müddət bitdi, ayrıldılar" deyə, sosial şəbəkələrdə yazılıb.

Sevgililərin yaxınlarının dediyinə görə onların bir-birilərinə sevgiləri bitdiyi üçün hətta evləri də ayıracaqlar. Belə ki, hələ də Sarıkaya ilə eyni mənzildə qalan Bürsin, Bebekdəki evdən yeni mənzilə köçəcək.

Cütlük iddialara hələlik heç bir cavab verməyib.