Fransa prezidenti: “Şengen razılaşmasına yenidən baxılmalıdır"

26 Aprel 2019 00:47 (UTC+04:00)

“Şengen razılaşmasına yenidən baxılmalı və o siyahıdan bir neçə dövlətin adı çıxarılmalıdır”.

SİA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu sözləri Fransa prezidenti Emmanuel Makron bu gün Parisdə millidebatların nəticələri ilə bağlı keçirdiyi böyük mətbuat konfransında deyib.

Makron çıxışını daha sonra bu cür davam etdirib: “Bu gün hər şey, heç də gözlənildiyi kimi getmir, Şengen vizası artıq işləmir. Ona görə də inkişaf və miqrasiya siyasəti yenidən işlənməlidir. Şengen razılaşması “Avropa öz sərhədlərini özü qorumalıdır” ideyası əsasında yenidən qurulmalıdır. Bunu etmək istəməyən dövlətlər Şengen zonasından kənarda qalmaq hüququna malikdirlər”.

Qeyd edək ki, Fransada milli debatlar 15 yanvar-15 mart tarixlərində keçirilib. “Sarı jiletlilər” hərəkatının başlatdığı etiraz aksiyalarına cavab olaraq bu debatların keçirilməsi ideyası məhz prezident Makrondan gəlmişdi.

Makron aprelin 15-də milli debatların yekunu ilə bağlı xalqa müraciət etməli idi. Lakin Notr-Dam qəsrində baş vermiş yanğın prezidentin xalqa müraciətinin təxirə salınmasına səbəb olub.