Rusiya FTX-nin bölmə rəisi rüşvətə görə saxlanılıb

26 Aprel 2019 00:14 (UTC+04:00)

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) bölmələrindən birinin rəisi, polkovnik Kirill Çerkalin və onun tabeliyində olan iki keçmiş əməkdaş iri məbləğdə rüşvət almaqda şübhəli bilinərək tutulub.

Bu məlumatı FTX-nin İctimaiyyətlə əlaqələr mərkəzi yayıb. Bildirilib ki, həmin bölmənin keçmiş əməkdaşları - Dmitri FrolovAndrey Vasilyev əvvəllər ciddi nöqsanlara görə hərbi xidmətdən uzaqlaşdırılıblar.